"Qalatasaray" "Trabzonspor"a məğlub oldu

"Qalatasaray" "Trabzonspor"a məğlub oldu
  23 Yanvar 2022    Oxunub:847
Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.
AzVision.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.

“Antalyaspor” – “Qaziantep” və “Hatayspor” – “Rizəspor” matçlarında qapılara qol vurulmayıb. “Kasımpaşa” “Kayserispor”la ev oyunundan, “Alanyaspor” isə “Girəsunspor”la səfər matçından inamlı qələbə ilə ayrılıb.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Konyaspor” səfərdə “Altay”ı minimal hesabla üstələyib. Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Trabzonspor” son turlarda uğursuz çıxış edən “Qalatasaray”ın qonağı olub. Üç qolun qeydə alındığı matç trabzonluların əzmkar qələbəsiylə yekunlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti