Əfqanıstanda seçkinin ilkin nəticələri

Əfqanıstanda seçkinin ilkin nəticələri
  07 Aprel 2014    Oxunub:998
General Əbdül Rəşid Dustumla birgə koalisiyada seçkiyə getmiş Əşrəfqani Əhmədzay böyük say üstünlüyü ilə irəlidədir
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl Əfqanıstan televiziyası seçkinin ilkin nəticələrini açıqlayıb. General Əbdül Rəşid Dustumla birgə koalisiyada seçkiyə getmiş Əşrəfqani Əhmədzay böyük say üstünlüyü ilə irəlidədir. İlkin məlumata görə, o, səslərin 65 faizindən çoxunu toplayıb. İkinci yerdə Abdulla Abdulla, 3-cü yerdə isə hazırkı prezident Həmid Kərzainin dəstəklədiyi Zalmay Rəsul qərarlaşıb.

Bir çox məntəqələrdə səsvermə protokolları artıq açıqlanıb. Əfqanıstanda prezident seçkilərinin yekun nəticələri isə yaxın vaxtlarda açıqlanacaq.



Teqlər:  





Xəbər lenti