İtən təyyarə barədə yeni iddia
"Reys 370 Malayziyanın hərbi radarının ekranından itəndən sonra İndoneziyanın hava məkanı ərazisindən uçub. Təyyarə radiolokasiya stansiyaları tərəfindən aşkar olunmamaq üçün bilərəkdən belə marşrut seçə bilərdi".
Bu məlumatlar təyyarənin itməsi sirrini tapmağa çalışan ekspertlərin mülahizələrinə əsaslanır.
Xüsusilə, bir sıra ölkələrin radar məlumatlarının işlənməsindən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, itkin düşən təyyarə əvvəlcə İndoneziyanın şimal hissəsi ərazisində uçub, sonra isə cənuba Hind okeanına doğru dönüş edib.