Amerikalı ekspert: "Rusiya Ukraynada sərt “Gürcüstan ssenarisi” hazırlayır"

      Amerikalı ekspert:    "Rusiya Ukraynada sərt “Gürcüstan ssenarisi” hazırlayır"
  24 Yanvar 2022    Oxunub:991
"Rusiyanın Ukraynaya hücumu ehtimalı getdikcə artır". AzVision.az xəbər verir ki, bu barədə "Military Affairs" nəşri məlumat yayıb.
Məqalə müəllifi Sebastyan Roblin Moskvanın işğala hazırlaşmasının sübutu kimi Rusiyanın Baltik Donanmasının 6 desant gəmisinin Qara dənizə doğru keçidini göstərib. Bundan əlavə, o, Ukraynanın şərqində Rusiya qüvvələrinin yerləşdirildiyini də açıqlayıb. Analitik yazır ki, bu qüvvələrə işğala haqq qazandırmaq üçün saxta bayraq altında əməliyyat keçirmək tapşırığı verilə bilər.

“Rusiyanın sərhədimizə topladığı qoşunları izləyirik” – Ukraynalı hərbi ekspert
- Quru hücumu üçün ən çox ehtimal olunan variant odur ki, Rusiya hərbçiləri əsas diqqətini Dneprdən şərqdə Ukrayna hərbi hissələrini dağıtmağa, Ukrayna Silahlı Qüvvələrinə ağır itkilər verməyə, hərbi əsirlər əldə etməyə, Kiyevin hərbi texnika və müdafiə imkanlarını məhv etməyə yönəldəcək. Bu, Kiyevi birbaşa təhdid edən cəza basqını olacaq. Belə bir əməliyyat daha çox 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında müharibənin aqressiv versiyasına bənzəyir,-
Roblin yazıb.

Müəllif hesab edir ki, gürcülərin 2008-ci ilin avqustunda Sxinvaliyə hücumu Rusiya tərəfindən provakasiya ilə qəsdən törədilib. Eyni zamanda, Roblin vurğulayır ki, Ukrayna əhalisi Gürcüstanın əhalisindən dörd dəfə çoxdur. Bu isə onun müqavimət göstərmək imkanlarının daha çox olması deməkdir. Mütəxəssis belə hesab edir ki, bu, Gürcüstan təxribatından fərqli olaraq daha geniş miqyaslı və minlərlə insanın ölümü ilə nəticələnəcək müharibə olacaq. Lakin Roblin əminliyini bildirib ki, Moskva bütün gedişləri hesablayıb və yəqin ki, artıq belə bir ssenariyə də hazırdır.



- Rusiya Federasiyası Ukrayna şəhərlərinə hücum etməyəcək və uzun sürən küçə döyüşlərinə qarışmayacaq. Əsas zərbə yalnız Ukrayna ordusuna dəyəcək. Rusiya qoşunlarının texniki təchizatı və silahları Ukrayna Silahlı Qüvvələrini hətta ilk atəşə cavab verməyə vaxt tapmamış məhv etməyə imkan verəcək. Rusiya Ukrayna hərbçilərinə ağır itkilər vermək, hərbi əsirləri ələ keçirməklə və Kiyevin müdafiə qabiliyyətini pisləşdirməklə qarşı tərəfdən əhəmiyyətli güzəştlər qazanacaq,- məqalədə yazılıb.

Müəllif yazır ki, bu cür güzəştlərə Kiyevin NATO ilə əlaqələrini kəsməsi, alyansa münasibətdə daimi neytrallığını bərqərar etməsi, özünü ayrıca ölkə elan etmiş "Donbas və Luqansk respublikaları"na müəyyən ərazilər ayırması ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə   Hücum   İşğal  





Xəbər lenti