Obama Əfqanıstanda seçkini alqışlayıb

Obama Əfqanıstanda seçkini alqışlayıb
  07 Aprel 2014    Oxunub:892
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama Əfqanıstanda `tarixi` adlandırdığı prezident seçkisində iştirak edən milyonlarla əfqanı təbrik edib.
Obama seçkilərə dair açıqladığı bəyanatda səsverməni ölkənin gələcəyinə görə məsuliyyəti öz üzərinə götürən əfqanlar üçün mühüm bir inkişaf kimi qiymətləndirib.

Prezident Obama seçkinin Əfqanıstanın demokratik gələcəyinin təmin edilməsi, eləcə də beynəlxalq dəstəyin davam etdirilməsi üçün böyük önəm daşıdığını deyib.

ABŞ prezidenti həmlinin 2001-ci il 11 sentyabr hadisələrindən sonra Əfqanıstnda xidmət göstərmiş Amerika əsgərlərinin xatirəsinə ehtiramınıifadə edib.

“Birləşmiş Ştatlar suveren, sabit, vahid və demokratik Əfqanıstana dəstək verməyə davam edəcək və biz əfqan xalqının seçdiyi yeni hökumətlə qarşılıqlı hörmət və məsuliyyət əsasında əməkdaşlığımızın davam etdirilməsini gözləyirik”-deyə Obama bəyanatda bildirib.

Əfqanıstanda ilk demokratik seçki yüksək seçici fəallığının müşahidə edildiyi şəraitdə keçib.


Teqlər:  





Xəbər lenti