NATO Qara dəniz bölgəsinə hərbçilər göndərə bilər

NATO Qara dəniz bölgəsinə hərbçilər göndərə bilər
  24 Yanvar 2022    Oxunub:856
NATO alyansın döyüş qruplarının təkcə Baltikyanı və Polşada deyil, həm də Qara dəniz regionunda yerləşdirilməsi imkanlarını öyrənir, lakin hələlik heç bir qərar verilməyib.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz həmçinin döyüş qruplarının cənub-şərq cinahında (Qara dəniz NATO ölkələrində - Rumıniya, Bolqarıstan və Türkiyədə - Red) yerləşdirilməsi imkanlarını öyrənirik, lakin bununla bağlı qərarlar hələ qəbul edilməyib”-deyə, o bildirib.

AzVision.az


Teqlər: NATO  



Xəbər lenti