Poroşenko məhkəmə qərarına tabe olmayıb

Poroşenko məhkəmə qərarına tabe olmayıb
  24 Yanvar 2022    Oxunub:889
Ukraynanın keçmiş Prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Petro Poroşenko Kiyev məhkəməsinin pasportlarının təhvil verilməsi ilə bağlı qərarına əməl etməyib.
AzVision.az xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” agentliyi Dövlət Təhqiqatlar Bürosunun nümayəndəsinə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, departament eks-prezidentin “bu öhdəliyi yerinə yetirmədiyini” bəyan edib. Poroşenko hələlik bu məlumatı şərh etməyib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevin Peçer rayon məhkəməsi Petro Poroşenkonun bütün əmlakı və bank hesablarına həbs qoyub. Sabiq Prezidentə qarşı “maliyyə terroru”, “terrorçu təşkilat qurmaq” və “dövlətə xəyanət” ittihamları üzrə cinayət işi başlanıb.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti