Çin Tayvana 39 döyüş təyyarəsi göndərib

 Çin Tayvana 39 döyüş təyyarəsi göndərib
  24 Yanvar 2022    Oxunub:1117
Çin Hərbi Hava Qüvvələrinin 39 təyyarədən ibarət hava qrupu dünən Tayvan administrasiyasının birtərəfli olaraq elan etdiyi hava hücumundan müdafiə identifikasiya zonasında uçuş həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb. Tayvan ordusunun məlumatına görə, 34 qırıcı, dörd elektron döyüş təyyarəsi və bir bombardmançıdan ibarət aviaqrup Taypeyin nəzarətindəki Donşa adalarının cənub-şərqinə uçub.

Öz növbəsində Tayvan hərbçiləri Çin Hərbi Hava Qüvvələrinin təyyarələrini müşayiət etmək üçün döyüş təyyarələri göndərib, həmçinin onların uçuşunu hava hücumundan müdafiə sistemləri ilə izləyib.

AzVision.az


Teqlər: Çin  



Xəbər lenti