“Türk Hava Yolları” 80-dən artıq reysi təxirə salıb

“Türk Hava Yolları” 80-dən artıq reysi təxirə salıb
  24 Yanvar 2022    Oxunub:1617
“Türk Hava Yolları” aviaşirkəti İstanbul və Sabiha Gökçen hava limanlarından bəzi reyslərin təxirə salınması ilə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, açıqlamaya əsasən, İstanbulda yağan güclü qar səbəbindən “Türk Hava Yolları” (THY) ehtiyat tədbiri olaraq yanvarın 24-nə planlaşdırılan uçuşların bir qismini yerinə yetirməyəcək.

Bu gün İstanbul hava limanında 52, Sabiha Gökçen aeroportunda isə 31 reys təxirə salınıb. İndiyə qədər şəhərin hər iki hava limanında planlaşdırılan reyslərin ləğv edilməsi halları istisna olmaqla, uçuşlarda heç bir neqativ hal olmayıb. Sərnişinlərə uçuşları ilə bağlı ən son məlumatları “ https://www.turkishairlines.com/tr-int/ucak-bileti/ucus-durumu/ ” ünvanından yoxlamaları tövsiyə edilir.

AzVision.az


Teqlər: Təyyarə  



Xəbər lenti