KXDR Yapon dənizi istiqamətinə iki raket atıb

KXDR Yapon dənizi istiqamətinə iki raket atıb
  25 Yanvar 2022    Oxunub:827
Cənubi Koreyanın qərargah rəislərinin birləşmiş komitəsi KXDR-dən Yapon dənizi istiqamətində iki mərminin atılmasını qeydə alıb. AzVision.az xəbər verir ki, bu barərəd "Yonhap" xəbər agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Ehtimal edilir ki, bunlar qanadlı raketlər olub. Pxenyanın oxşar hərbi gedişləri barədə sonuncu dəfə 2021-ci ilin sentyabrında məlumat yayılmışdı.

Sayt qeyd edir ki, ballistik raket buraxılışlarından fərqli olaraq qanadlı raket sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. Buna görə də Cənubi Koreya ordusu adətən onlar haqqında ictimaiyyətə məlumat vermir. Şimali Koreya bu il qətnamələri pozan dörd silah sınağı keçirib. Belə ki, Seulun məlumatına görə, yanvarın 5-i və 11-də Şimali Koreya hipersəs raketlərini sınaqdan keçirib.
Daha sonra yanvarın 14-də Pxenyan dəmiryol raket sistemindən iki qısa mənzilli ballistik raketi, yanvarın 17-də isə eyni mənzilli iki taktiki idarə olunan raketi buraxıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti