Azay Quliyev ATƏT PA-ya Ukrayna ilə bağlı təklif verib

Azay Quliyev ATƏT PA-ya Ukrayna ilə bağlı təklif verib
  25 Yanvar 2022    Oxunub:548
Yanvarın 24-də ATƏT PA-nın videoformatda Büro iclası keçirilib. İclasda Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev iştirak edib.
Büro iclasında ATƏT PA-nın 2022-ci ilin 23-25 fevralında Vyanada planlaşdırılan qış sessiyasının keçirilmə qaydası müzakirə edilib və sessiyanın hibrit formatında, yəni nümayəndə heyəti rəhbərlərinin və büro üzvlərinin canlı, digər heyət üzvlərinin isə onlayn iştirakı barədə razılıq əldə olunub.

Bundan başqa, Büro üzvləri cari ilin aprelin 3-də Macarıstan və Serbiyada keçiriləcək Parlament seçkilərinə beynəlxalq müşahidə missiyasının göndərilməsi haqqında qərar qəbul ediblər.

ATƏT PA-nın büro iclasında beynəlxalq təhlükəsizliyin hazırkı durumu geniş müzakirə edilib. Büro üzləri son günlər Qazağıstanda, o cümlədən Ukrayna ilə bağlı Şərqi Avropada yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildiriblər.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev mövzu ətafında çıxış edərək bir neçə vacib məsələyə toxunub. Deputatımız bildirib ki, Ukrayna ətarfında yaranmış təhlükəsizlik böhranın həlli ilə bağlı aparılan danışıqlar hələ ki, müsbət nəticə verməyib və tərəflər arasında olan mövcud fikir ayrılığı çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Belə vəziyyətin qarşısının alınmasında ATƏT-in bütün üzv ölkələrin fəal iştirakının vacibliyinə diqqəti çəkən Azay Quliyev təklif edib ki, fevral ayında keçirilən qış sessiyası çərçivəsində ATƏT PA-nın çətiri altında ABŞ və Rusiya nümayəndə heyətlərinin, daha sonra isə “Normand qrupu”na daxil olan dörd ölkənin nümayəndə heyətlərinin görüş-dialoqu təşkil olunsun və mövcud böhranın danışıqlar yolu ilə həllinə parlamentarilərin mümkün töhvəsi müzakirə edilsin.

Bundan başqa Azay Quliyev Türkiyə Prezidenti cənab Ərdoğanın gərginliyi azaltmaq üçün Rusiya və Ukrayna prezidentlərinin Ankarada görüşünün təşkili haqqında təşəbbüsünü xatırladıb və bildirib ki, bu kimi təkliflər münaqişə tərəfləri və ATƏT tərəfindən dəstəklənərsə müsbət nəticə verə bilər.

Daha sonra Azay Quliyev ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun hazırkı sədri kimi Azərbaycanın prioritetləri haqqında Büro üzvlərinə və qonaqlara məlumat verdi: “Heç bir hərbi bloka qoşulmayan Azərbaycan hər zaman ATƏT-i Avropa təhlükəsizlik arxitekturasının əsas sütunu hesab edib və ayırıcı xəttlərin və təsir zonalarının yaranmaması istiqamətində qurumun səylərini yüksək dəyərləndirib. Bu viziondan çıxış edən Azərbaycan ATƏT-in Təklükəsilik Forumuna sədrliyi dövründə dörd mövzuda - 1)Beynəlxalq humanitar hüquqa əməl edilməsi və mülki əhalinin qorunması, 2)Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə, 3) Silahlara nəzarət və etimad quruculuğu tədbirləri və 4) Post-münaqişə dövründə reabilitasiya məsələləri mövzularında Təhlükəsizlik Dialoqlarının təşkilini planlaşdırır”.

Deputatımız çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallşaması istiqamətində son vaxtlar atılan addımlar haqqında da məlumat verib: “Keçən ayın, yəni, dekabrın 14-də Brüsseldə Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında keçirilən Üçtərəfli görüşdə post-münaqişə məsələləri ətraflı müzakirə edilib. Brüssel görüşündə Ermənistan nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin açılması və dövlət sərhədlərinin delimitasiyasına başlanılması haqqındakı əvvəlki öhdəliyini yeniləyib. Avropa İttifaqı da öz növbəsində bu məqsədlə investisiya layihələrini maliyyəşdirməyə razılıq verib. Azərbaycan vaxt itirmədən hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır”.

ATƏT PA-nın vitse-prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən biri kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallşması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndənin təyin olunmasını və onların ilk görüşünün yanvarın 14-də Moksvada keçirilməsini mühüm yenilik adlandırıb: “Gələn həftədən etibarən razılaşmaya əsasən Türkiyə və Ermənistan qarşlılqılı olaraq təyyarə resylərinin açılması haqqında qərar qəbul edilblər. Ümid edək ki, bu cür addımlar regionda qalıcı sülhün və barışın bərqərar olmasına ciddi töhvə verəcək”.

Sonda Azay Quliyev Qazaxıstandakı hadisələr zamanı həyatını itiriənlərin ailələrinə başsağlığı verdiyini bildirib, konstitusiya quruluşunun bərpasına yönəlik fəaliyyətində Qazaxıstan xalqına və hökumətinə uğurlar arzulayıb.

Teqlər: ATƏT   Ukrayna  







Xəbər lenti