Sarkisyan qayıda bilər: Paşinyanın komandası namizəd axtarışına çıxıb

    Sarkisyan qayıda bilər:  Paşinyanın komandası namizəd axtarışına çıxıb
  25 Yanvar 2022    Oxunub:892
Ermənistan mətbuatında ölkədə yaranmış "prezident böhranı" ilə bağlı maraqlı məqalə dərc edilib. AzVision.az xəbər verir ki, bəzi saytlar iddia edir ki, artıq baş nazir Nikol Paşinyanın komandası gizli şəkildə Armen Sarkisyana əvəzləyici axtarışına çıxıb.
- İqtidar hələlik prezidentliyə namizədlərin müzakirəsinə başlamayıb. Bu barədə “Vətəndaş müqaviləsi”ndən olan deputatı Gevork Papoyan keçirdiyi brifinq zamanı jurnalistlərə məlumat verib. Mövcud qanunvericiliyə görə, hələ ortada 5-6 gün var ki, Armen Sarkisyanın səlahiyyət müddəti başa çatsın. O, istefasını geri də götürə bilər. Ona görə də hələlik Armen hazırda prezident olaraq qalır, - məqalədə yazılıb.

Sarkisyan niyə getdi: “Qarabağ klanı”nın revanş versiyası – TƏHLİL
Deputat mediaya açıqlamasında tezliklə namizəd müzakirələrinə başlayacaqlarını da istisna etməyib.

- Hazırkı vəziyyətdə biz belə bir məsələnin müzakirəsini erkən addım sayırıq. Çünki ən azı nəzəri cəhətdən qanun ərizəni geri götürməyə imkan verir. Vəzifə boş olanda məsələni müzakirə edəcəyik, - Papoyan deyib.

Deputat Vaaqn Hovakimyan da xatırladıb ki, prezidentin istefa qərarından sonra namizədlərin irəli sürülməsi məsələlərinə hələ ki, 5 gün qalıb. Məhz yekun qərar verildikdən sonra rəsmi müzakirələr başlaya bilər.

- Namizədlər isə müəyyən meyarlara cavab verməlidirlər, - Hovakimyan deyib.

Ermənistan prezidentinin xarici vətəndaşlığı olması ilə bağlı “Hetq” nəşrinin yaydığı məlumatda reaksiya verən Hovakimyan bildirib ki, bu məlumat yalnız hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur. Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilsə də bu baş tutmayıb.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Namizəd   Prezident  





Xəbər lenti