Azərbaycan MDB-nin sazişinə qeyd-şərtlə qoşulub

   Azərbaycan MDB-nin sazişinə qeyd-şərtlə qoşulub
  25 Yanvar 2022    Oxunub:581
Prezident İlham Əliyev “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanunu imzalayıb.
AzVision.az xəbər verir ki, qanuna əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.

AzVision.az


Teqlər: MDB  





Xəbər lenti