Köçəryanın ailəsi koronavirusa yoluxub

Köçəryanın ailəsi koronavirusa yoluxub
  25 Yanvar 2022    Oxunub:564
Ermənistanın eks-prezidenti Robert Köçəryanın məhkəməsi təxirə salınıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Anna Danibekyanın sədrliyi ilə keçirilməsi planlaşdırılan "Köçəryan işi" üzrə iclası bir həftəlik təxirə salıb. Buna səbəb eks-prezident Robert Köçəryanın, eləcə də “Hayastan” fraksiyasından olan deputat Armen Gevorkyanın iclasda iştirak etməməsi olub.

Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmalara başladı
- Ermənistanın eks-prezidentinin vəkili Hayk Alumyan məsələni belə izah edib ki, Köçəryanın ailə üzvlərinə koronavirus diaqnozu qoyulub. Ona görə o da, testdən keçib. Köçəryanın virusa yoluxub-yoluxmaması ilə bağlı dəqiq cavab bu axşam açıqlanacaq. Armen Gevorqyanın vəkili Lusine Saakyan isə deyib ki, onun müdafiə etdiyi şəxs AŞPA-nın iclasında iştirak edir. İlkin məlumatlara görə, növbəti iclas Köçəryanın test cavabının nəticəsindən asılı olaraq fevralın 1-də baş tuta bilər.Qeyd edək ki, bundan öncə Köçəryanın gəlini, məşhur erməni müğənnisi Siruşonun koronavirusa yoluxması xəbəri yayılmışdı,- məqalədə yazılıb.

Xatırladaq ki, Armen Gevorqyan və Robert Köçəryan cinayət əməli törətməkdə ittiham olunurlar. Köçəryan külli miqdarda rüşvət almaqda, baş nazirin keçmiş müavini Gevorqyan isə çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Məhkəmə   Köçəryan   Ermənistan  





Xəbər lenti