"Hadisələrin istənilən inkişafına hazır olmalıyıq" - Lukaşenko
"Məni təkcə bir prezident kimi deyil, həm də silahlı qüvvələrə rəhbərlik edən şəxs kimi başa düşmənizi istəyirəm. Nə mən, nə generallarımız, hərbi rəhbərlərimizdən heç biri müharibənin tərəfdarı deyil", - Belarus lideri söyləyib.
O deyib ki, son vaxtlar guya müharibənin qaçılmaz olması barədə çox danışılır və bu, narahatlıq doğurmaya bilməz. Böyük Vətən Müharibəsindən əvvəlki hadisələri misal çəkən Lukaşenko əlavə edib ki, bu səhvləri təkrarlamamalıyıq: "Bununla belə, hadisələrin istənilən inkişafına hazır olmalıyıq. Başa düşün, məsələ bizimlə bağlı deyil, Elə o vaxt olduğu kimi, 1812-ci il Vətən müharibəsində də, Birinci Dünya Müharibəsində, Böyük Vətən Müharibəsində, kobud desək, biz heç kimə lazım deyilik, siz bilirsiniz ki, onlara nə lazımdır”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarusun nə qədər qətiyyətli hərəkətə hazır olmasının nümunəsi 2020-ci ildə seçki kampaniyası zamanı və ondan sonra nümayiş etdirilib: "Mən ordunun yarısını toplayıb Belarusun qərbinə göndərməli oldum".
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Lukaşenko