Kiyevdə etirazçılarla polis arasında toqquşma olub

Kiyevdə etirazçılarla polis arasında toqquşma olub
  25 Yanvar 2022    Oxunub:879
Bu gün Ukrayna Ali Radasının yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya keçirən vətəndaşlar arasında toqquşma baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, mitinqdə polis 19 nəfəri saxlayıb. Sonradan saxlanılanların hamısı sərbəst buraxılıb.

Qeyd edək ki, çərşənbə axşamı səhər saatlarında sahibkarlar Kiyevin mərkəzi küçələri ilə yürüş keçiriblər. Onlar nəzarət-kassa aparatlarından istifadənin sadələşdirilmiş sistemi haqqında qanun layihəsinin qəbulunu və vergi məcəlləsində bir sıra digər yumşaldılmaları tələb ediblər. Yürüşdən sonra onlar Radanın binasına qayıdaraq mitinqi burada davam etdiriblər. Bundan sonra polislə iş adamları arasında əlbəyaxa dava baş verib. Mitinq iştirakçıları parlament binasına girməyə cəhd ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti