"Mahir bizimlə olmasa da, klubla müqaviləsi var" - Vukoviç

"Mahir bizimlə olmasa da, klubla müqaviləsi var" -   Vukoviç
  25 Yanvar 2022    Oxunub:1025
Rəhbərliklə görüş zamanı Mahir Emrelinin daha aşağı qiymətə satılmasını və həmin məbləğə yeni forvard alınmasını təklif edən "Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç açıqlama verib.
AzVision.az xəbət verir ki, "TVP Sport" Varşava təmsilçisinin çalışdırıcısının fikirlərini yayıb.

- Mahir bizimlə olmasa da, klubla müqaviləsi var. İndiki durumda yeni oyunçu transfer etmək asan iş deyil. Reallıq budur ki, hazırda komandada olanlarla kifayətlənməliyik. Pekhart, Lopes, Vlodarçik və Rosolek "Legiya"nın uğurları üçün meydanda çox iş görə biləcək futbolçulardır. Bu gün Mahirdən başqa hücumçumuz olmadığını əsas gətirərək düşdüyümüz durumdan şikayətlənmək fikrində deyiləm. Təbii ki, müəyyən planlarımız var,- Vukoviç deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti