"NATO Ukraynaya qoşun göndərməyəcək" - Stoltenberq

   "NATO Ukraynaya qoşun göndərməyəcək" -    Stoltenberq
  25 Yanvar 2022    Oxunub:1386
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Şimali Atlantika Alyansı Ukraynaya qoşun yeritməyəcək. AzVision.az xəbər verir ki, bu barədə baş katib CNN telekanalına müsahibəsində deyib.
- NATO Ukraynada döyüş bölmələri yerləşdirməyəcək, - Stoltenberq deyib.

"NATO ölkələri Ukraynaya qoşun göndərməyə hazır deyil" - Conson
Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini şərh edən Stoltenberq bildirib ki, alyans ABŞ-la koordinasiya əsasında bu həftə yazılı cavab göndərəcək.
Onun sözlərinə görə, NATO silahlara nəzarət, tərksilah, hərbi fəaliyyətin şəffaflığı, risklərin azaldılması mexanizmləri və Avropa təhlükəsizliyi ilə bağlı digər məsələləri müzakirə etməyə hazırdır.

- Lakin biz əsas prinsiplər üzrə güzəştə getməyə hazır deyilik, - NATO-nun baş katibi deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Rusiya   Ukrayna  





Xəbər lenti