Rəisi ABŞ-a öz şərtlərini açıqladı

Rəisi ABŞ-a öz şərtlərini açıqladı
  25 Yanvar 2022    Oxunub:349
"Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməyə hazır olsa, İran ABŞ-la birbaşa danışıqlara hazırdır".
AzVision.az xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib.

İran prezidentinin açıqlamasını yayan İSNA bundan öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin İranla bağlı bəyanatını xatırladıb. Blinken demişdi ki, Vyanada İranın atom enerjisi ilə bağlı danışıqların effektiv başa çatması üçün hələ də fürsət pəncərəsi var.

- Hələlik bizim ABŞ-la birbaşa danışıqlarımız olmayıb... Qarşı tərəf bütün sanksiyaları ləğv etməyə hazırdırsa, razılaşmaq imkanı var, - Rəisi Blinkenə cavab verib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti