Fransada yeni antirekord: Sutkalıq yoluxma sayı 500 mini keçdi

  Fransada yeni antirekord:   Sutkalıq yoluxma sayı 500 mini keçdi
  25 Yanvar 2022    Oxunub:793
Fransada COVID-19-la bağlı yeni antirekord qeydə alınıb . AzVision.az xəbər verir ki, "Sante publique" sanitar agentliyinin yaydığı məlumata görə ölkədə bir gündə 500 mindən çox yoluxma hadisəsi qeydə alınıb.
Koronavirus epidemiyası başlayandan bəri ilk dəfə olaraq 24 saat ərzində 501,6 min yeni koronavirusa yoluxma faktı aşkar edilib. Bundan əvvəl ən yüksək gündəlik artım 464 min olub.

Qeyd edək ki, son həftələrdə Fransada koronavirusa yoluxanların sayı son dərəcə sürətlə artır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti