Amerika Putini “qara siyahı”ya sala bilər

   Amerika Putini “qara siyahı”ya sala bilər
  26 Yanvar 2022    Oxunub:764
Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi halda Prezident Vladimir Putinə qarşı sanksiyaların tətbiqi istisna edilmir.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Vaşınqtonda jurnalistlərlə söhbətində bildirib. Baydendən Vladimir Putinə qarşı sanksiyaların mümkünlüyü barədə sualına ABŞ lideri lakonik cavab verib: “Bəli, mümkündür”.
Ağ Ev lideri hesab edir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi İkinci Dünya Müharibəsindən indiyədək ən böyük işğal ola bilər: “Belə bir işğal Rusiya üçün böyük nəticələrə səbəb olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti