ABŞ Çindəki diplomatlarını geri qaytara bilər

   ABŞ Çindəki diplomatlarını geri qaytara bilər
  26 Yanvar 2022    Oxunub:763
ABŞ hökuməti Pekin Qış Olimpiya Oyunlarının açılışından əvvəl pandemiya ilə mübarizə üçün Çində tətbiq edilən sərt tədbirlərə görə amerikalı diplomatların və onların ailələrinin ölkəni tərk etməsinə icazə verməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Belə ki, ABŞ-ın Çindəki səfirliyinin keçirdiyi daxili sorğu nəticəsində məlum olub ki, işçilərin 25%-ə qədəri və onların ailə üzvləri mümkün qədər tez Çini tərk etmək istəyir.
Bundan əvvəl ABŞ Dövlət Departamenti diplomatik korpusun amerikalı işçilərinin Kiyevi könüllü tərk etməsinə icazə verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti