ABŞ Sahil Mühafizəsi okeanda batan 39 nəfəri axtarır

ABŞ Sahil Mühafizəsi okeanda batan 39 nəfəri axtarır
  26 Yanvar 2022    Oxunub:692
ABŞ Sahil Mühafizəsi Florida sahillərindən təxminən 70 km aralıda batan qayığın göyərtəsində olduğu güman edilən 39 nəfəri axtarır.
AzVision.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin bəyanatında deyilir. Belə ki, naməlum şəxs Sahil Mühafizəsinə qayığın batması nəticəsində sağ qalan bir nəfəri Atlantik okeanda xilas etdiyi barədə məlumat verib. Xilas edilənin sözlərinə görə, o, 39 nəfərlə birlikdə ötən şənbə günü Baham adalarını gəmi ilə tərk edib.

Bir müddət sonra onların qayığı Florida sahillərindən təxminən 70 km aralıda fırtına nəticəsində batıb. Axtarış əməliyyatına çoxlu sayda qayıq və təyyarə cəlb edilib. Ehtimal olunur ki, qayıq qeyri-qanuni insanların daşınması üçün istifadə edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Sahil  





Xəbər lenti