Rusiya səfirliyi ABŞ-ın Kiyevə hərbi yardımını "neonasist"lərə dəstək adlandırdı

   Rusiya səfirliyi ABŞ-ın Kiyevə hərbi yardımını    "neonasist"lərə dəstək    adlandırdı
  26 Yanvar 2022    Oxunub:635
Rusiyanın ABŞ-dakı səfirliyi öz Facebook səhifəsində diqqət çəkən paylaşım edib. AzVision.az xəbər verir ki, diplomatlar gündəmə uyğun olaraq "Ukrayna böhranından" yazıblar. Səfirlik ABŞ hakimiyyətini Ukraynaya müxtəlif silahlar verməklə "neonasistlər"i dəstəkləməkdə ittiham edir.
Qeyd olunur ki, Vaşinqton mütəmadi olaraq Kiyevə silah göndərir. Lakin sonuncu partiyaya 300 ədəd “Javelin” tank əleyhinə sistem də daxil edilib.

"Ukraynaya NATO qoşunları yerləşdirmək niyyətimiz yoxdur" - Bayden
- Vaşinqtonun siyasi və maddi dəstəyi ilə "neonasistlər" əslində Donbassda təxribatlar törətmək və güc tətbiq etmək üçün "kart-blanş" alırlar,- Səfirliyin paylaşımında yazılıb.

Yazıda həmçinin bildirilir ki, Pentaqon və Dövlət Departamenti daim Kiyev rejiminə hərbi yardım göstərməklə öyünür. "Çox güman ki, Amerika hakimiyyəti tədarük edilən silahların silahlıların və terrorçuların əlinə keçəcəyinə ümid edir".

Rusiyalı diplomatlarının fikrincə, ABŞ Ukraynada vəziyyəti qəsdən destabilləşdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Ukrayna  





Xəbər lenti