Meta ən güclü superkompüter yaradıb

   Meta ən güclü superkompüter yaradıb
  26 Yanvar 2022    Oxunub:1001
Meta süni intellektlə işləyən “AI Research SuperCluster” (RSC) superkompüterinin yaratdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə korporasiyanın saytında məlumat verilib.

Şirkətin rəhbəri Mark Zukerberqin bəyanatında deyilir ki, mütəxəssislər tərəfindən ixtira edilmiş Meta RSC dünyanın ən güclü superkompüterlərindən biridir. Korporasiya 2022-ci ilin sonuna qədər kompüter tam hazır olandan sonra öz seqmentində ən güclü olacağına söz verib.

"RSC Meta-nın tədqiqatçılarına trilyonlarla nümunədən öyrənən, yüzlərlə müxtəlif dildə işləyən və mətn, şəkil və videoları birlikdə asanlıqla təhlil edə bilən daha mükəmməl modellər yaratmağa kömək edəcək", - deyə məlumatda deyilir. Mühəndislərin sözlərinə görə, superkompüter meta kainatın yaradılması üçün lazım olan texnologiyalarının hazırlanmasına kömək edəcək.

"RSC ilə biz hərəkətin, səsin və ya təsvirin zərərli və ya təhlükəsiz olduğunu müəyyən etmək üçün multimodal siqnallardan istifadə edən modelləri tez bir zamanda öyrədə bilərik", - avadanlığın tərtibçiləri qeyd edib.
Qed edək ki, “Facebook” şirkəti 2021-ci ilin sonunda adını Meta-ya dəyişdirilməsini açıqlamışdı. Noyabrda korporasiya virtual reallıqda işləmək üçün istifadəçinin müxtəlif əşyalara toxunmasını simulyasiya edə bilən əlcəyin ilk nümunəsini göstərmişdi.

İbrahim Məmmədov
AzVision.az



Teqlər:



Xəbər lenti