76 yaşlı erməni 70 yaşlı arvadını öldürdükdən sonra meyitini doğrayıb

76 yaşlı erməni 70 yaşlı arvadını öldürdükdən sonra meyitini doğrayıb
  26 Yanvar 2022    Oxunub:1176
Ermənistanda səs-küyə səbəb olan qətl hadisəsi baş verib. 76 yaşlı kişi 70 yaşlı arvadını öldürdükdən sonra meyiti xırda şəkildə parçalara ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 26-da səhər saat 10:00 radələrində Vanadzor polis bölməsinə dəhşətli qətllə bağlı məlumat daxil olub.

- Hadisə yanvarın 26-na keçən gecə baş verib. Kişi 70 yaşlı arvadı Alvard K.-ni kəsici-deşici alətlə öldürüb. Sonra onun cəsədini parçalayıb. Cəsəd o qədər xırda şəkildə doğranıb ki, istintaqçılar onları toplamaqda çətinlik çəkiblər. Meyitin parçalarının bir hissəsi əməliyyatçılar tərəfindən hamamda, aşağı ətraflar isə evin həyətində aşkar edilib,-yerli media yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti