`Rusiya ordusu sabah Ukraynaya girəcək`

`Rusiya ordusu sabah Ukraynaya girəcək`
  07 Aprel 2014    Oxunub:1947
«Əgər separatçılar ələ keçirdikləri vilayət administirasiyalarını nəzarətdə saxlaya bilsələr, Rusiya ordusu Ukraynaya daxil olacaq».Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində yazıb.
«Üç gün bundan əvvəl mən öz məqaləmdə Ukraynanın şərq vilayətlərində vilayət şəhər administirasiyalarına hücum ediləcəyini bildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusu Ukraynaya soxulacaq. Bu, eynilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baş tutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi, əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyəti hər şeyi əvvəlcədən hesablaya bilər», - Saakaşvili yazıb.

Qeyd edək ki, artıq Donetskdə də Rusiyaya birləşmək uğrunda mitinqlər baş qaldırıb. Mitinq iştirakçıları yerli hökumətə ultimatum göndərərək Rusiya birləşməklə bağlı referendum keçirilməsini tələb ediblər.

Etirazçılar Dontskdəki Ukrayna təhlükəsizlik Xidmətinin və yerli administrasiyanın binasını ələ keçiriblər.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti