Paşinyanın komandası prezidentliyə namizədini müəyyənləşdirib

 Paşinyanın komandası prezidentliyə namizədini müəyyənləşdirib
  26 Yanvar 2022    Oxunub:1578
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası prezidentliyə namizədlə bağlı qərar verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, Paşinyanın komandasının prezidentliyə namizədi baş nazir aparatının rəhbəri, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyan olacaq.

Paşinyan köməkçisini vəzifədən uzaqlaşdırdı
"ArmLur" nəşri iddia edir ki, məhz bu qərara görə hazırda kadr dəyişiklikləri aparılır.

- O cümlədən, kadr dəyişiklikləri çərçivəsində Nairi Sarkisyan baş nazirin köməkçisi vəzifəsindən azad edildi. Arayik Arutyunyan baş nazir aparatının rəhbəri postunu tərk edərsə, onun yerini Sarkisyan tutacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Prezident   Namizəd  



Xəbər lenti