ABŞ Şərqi Avropaya min hərbçi göndərmək istəyir

ABŞ Şərqi Avropaya min hərbçi göndərmək istəyir
  26 Yanvar 2022    Oxunub:676
“ABŞ və müttəfiqləri Ukrayna ətrafında “potensial” eskalasiyadan əvvəl NATO-nun şərq cinahına əlavə qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edirlər”.
AzVision.az xəbər verir ki, u barədə “CNN” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“ABŞ və bir qrup müttəfiq Moskvanın davam edən təcavüzü qarşısında dəstək göstərmək üçün Rusiyanın Ukraynaya hər hansı potensial hücumundan əvvəl Şərqi Avropada NATO ölkələrinə əlavə min hərbçinin yerləşdirilməsi ilə bağlı danışıqlar aparır", - açıqlamada deyilir.

Telekanalın məlumatına görə, əlavə qüvvələrin yerləşdirilməsi imkanını nəzərdən keçirən ölkələr arasında Rumıniya, Bolqarıstan və Macarıstan da var: “Son qərar verilməyib”.

Bildirilir ki, NATO üzvlərinin heç də hamısı belə hərəkətlərə hazır deyil, ona görə də ABŞ “ikitərəfli əsasda” əlavə qüvvələr göndərmək üçün danışıqlar aparır.

Xatırladaq ki, Rusiya “təcavüz”lə bağlı bəyanatları və Ukrayna ətrafında mümkün eskalasiya üçün ona aid edilən planları qəti şəkildə rədd edir.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti