"NATO-ya qoşulmaq hüququ Rusiyaya güzəştə gedilməyəcək" - Baş katib

"NATO-ya qoşulmaq hüququ Rusiyaya güzəştə gedilməyəcək" -    Baş katib
  26 Yanvar 2022    Oxunub:1656
"NATO heç bir ölkənin alyansa qoşulmaq hüququ ilə bağlı Rusiya ilə güzəştə getməyəcək".
AzVision.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq brifinqdə deyib.

“NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiya ilə güzəştə getməyəcək”, - o əlavə edib.

Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Eyni zamanda dialoqun ziddiyətlərin nizamlanması üçün zəruri olduğunu vurğulayıb: “NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”.

Baş katib Rusiyanı missiyalarının bərpasına dəvət edib. Stoltenberq bildirib ki, alyans Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı cavabında tərəflərin diplomatik missiyalarının bərpasını təklif edib.

"Biz Moskva və Brüsseldəki ofislərimizi bərpa etməliyik", - o deyib.

Stoltenberq onu da vurğulayıb ki, NATO Rusiyaya birbaşa rabitə xətti yaratmağı təklif edir.

AzVision.az



Teqlər: NATO  





Xəbər lenti