“Barselona” heç-heçə, “Yuventus” heç nəsiz qaldı

“Barselona” heç-heçə, “Yuventus” heç nəsiz qaldı
  03 Aprel 2013    Oxunub:1746
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final oyunlarına start verilib.
İlk oyun günündə iki qarşılaşma baş tutub. Avropa futbolunun nəhənglərindən olan “Bavariya” doğma meydanda İtaliya çempionu “Yuventus”a heç bir şans verməyib - 2:0. Digər nəhəng “Barselona” isə səfərdə PSJ-nin qonağı olub. Maraqlı mübarizə şəraitində keçən oyunda qapılara dörd qol vurulub. Tərəflər hərəyə iki dəfə fərqlənib.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

2 aprel

23:45. “Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 2:0

Qollar:
Alaba, 1 (1:0), Müller, 63 (2:0)

“Bavariya”: Noyer, Lam, Van Byuyten, Dante, Luis Qustavo, Şvaynştayger, Müller, Alaba, Kroos, Riberi, Mancukiç

“Yuventus”: Buffon, Barsali, Bonuççi, Kellini, Lixtştayner, Peluzo, Vidal, Pirlo, Markizio, Kvalyarella, Matri

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya) - 2:2

Qollar:
Messi, 37 (0:1), İbrahimoviç, 80 (1:1), Xavi, 89-pen (1:2), Matudi, 90+4 (2:2)

PSJ: Siriqu, Maksvel, Aleks, Silva, Jallet, Matudi, Bekhem, Pastore, Lukas,Lavezzi, İbrahimoviç

“Barselona”: Valdes, Alveş, Maskerano, Pike, Alba, Busgets, İnyesta, Xavi, Sançes, Messi, Villa



Teqlər:





Xəbər lenti