NATO Rusiyanın təklifinə yazılı cavabı səfirə təqdim edib

NATO Rusiyanın təklifinə yazılı cavabı səfirə təqdim edib
  26 Yanvar 2022    Oxunub:427
"Şimali Atlantika Alyansının təhlükəsizlik zəmanətləri ilə bağlı cavabı Rusiyanın Brüsseldəki səfiri Aleksandr Tokovinə təqdim edilib".
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"NATO-nun cavabı Rusiyanın Brüsseldəki səfirinə verilib", - diplomatik departamentdən bildiriblər.

Çərşənbə günü ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşdə Rusiyanın təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli müqavilə layihəsinə Vaşinqtonun yazılı cavabını təqdim edib.

Çərşənbə günü Dövlət Dumasında hökumət saatında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov əgər şərt olarsa, Moskvanın ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabını dərc etməyəcəyini deyib. Eyni zamanda o qeyd edib ki, Vaşinqtonun reaksiyasının mahiyyəti və məzmunu ictimaiyyətə çatdırılacaq.

Xatırladaq ki, ötən il dekabrın 17-də Rusiyanın Xarici İşlər Nazirliyi Vaşinqton və NATO-ya təqdim edilən təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. İki saziş layihəsində ABŞ və alyans üzvlərinin NATO-nun şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın quruma daxil olmasından imtina, habelə ciddi hücum silahlarının, xüsusilə nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutulur.

AzVision.az

Teqlər: Rusiya   NATO  







Xəbər lenti