"ABŞ heç bir variantdan imtina etmir" - Psaki Putinə qarşı sanksiya barədə

"ABŞ heç bir variantdan imtina etmir" -    Psaki Putinə qarşı sanksiya barədə
  27 Yanvar 2022    Oxunub:922
"Ukrayna ətrafında eskalasiya vəziyyətində ABŞ heç bir variantdan imtina etməyəcək“.
AzVision.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki Rusiya prezidenti Vladimir Putinə sanksiyaların tətbiqi mümkünlüyünə dair sualın cavabında deyib.

“Bizim siyasətimiz mövcud imkanların heç birindən imtina etməməkdir", - amerikalı rəsmi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi müdaxilə edəcəyi halda Putinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü deyib.

AzVision.az



Teqlər: Putin   Sanksiya  





Xəbər lenti