İrəvan hökumətinin yarısı virusa yoluxub: Ordu Günü tədbirləri təxirə salındı

    İrəvan hökumətinin yarısı virusa yoluxub:  Ordu Günü tədbirləri təxirə salındı
  27 Yanvar 2022    Oxunub:1117
Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü münasibətilə keçirilməsi planlaşdırılan ənənəvi qəbul yüksək rütbəli məmurların koronavirusa yoluxması səbəbindən təxirə salınıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.
Qeyd edilir ki, bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması məlum olmuşdu.

"Paşinyan Ordu Gününə qatılmamaq üçün "xəstələnib" - Ermənistan mediası
- Mətbuatda hökumət başçısının müdafiə naziri Suren Papikyanın yanvarın 22-də baş tutan toyunda virusa yoluxduğu barədə məlumatlar yayılıb. Yeri gəlmişkən, bayrama digər yüksək rütbəli məmurlar da dəvət olunub. Lakin onların vəziyyəti ilə bağlı heç bir məlumat verilmir. Beləcə Silahlı Qüvvələrin yaradılmasının 30 illiyi ilə əlaqədar yanvarın 28-də "Dvin” otel kompleksinin böyük zalında keçirilməsi nəzərdə tutulan qəbul təxirə salınıb. Baş qərargahın rəhbərliyində də virusa yoluxanlar var. Bundan başqa, təxirə salınan tədbirə dəvət edilmiş digər mühüm qonaqlar da virusa yoluxublar, - məqalədə yazılıb.

Xatırladaq ki, 2020-ci ilin iyununda Ermənistan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Artak Davtyan ölkədə koronavirusa görə tətbiq edilən qaydaları pozduğu, oğluna toy etdiyi üçü işdən çıxarılmışdı. İndi Papikyanın toyundan sonra məmurların virusa yoluxması erməni mediasında belə bir maraqlı sual yaradıb-Papikyanı da Davtyanın taleyi gözləyirmi?

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Virus  





Xəbər lenti