Ərdoğan Zelenski və Putini Ankaraya dəvət edib

Ərdoğan Zelenski və Putini Ankaraya dəvət edib
  27 Yanvar 2022    Oxunub:398
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini ölkəyə rəsmi səfərə dəvət etdiyini açıqlayıb. AzVision.az xəbər verir ki, o bu barədə NTV telekanalının efirində çıxışı zamanı məlumat verib.
- Biz cənab Putini ölkəmizə dəvət etmişik. İkitərəfli görüşümüzü təşkil etmək üçün bəzi addımlar atmaq istəyirik, - Türkiyə lideri deyib.

Ərdoğanın sözlərinə görə, o, Rusiya Federasiyasının Prezidenti ilə ikitərəfli münasibətləri müzakirə etmək istəyir. Türkiyə Prezidenti həmçinin Ankaranın Rusiya və Ukrayna rəhbərlərinin istəyi olacağı təqdirdə qəbul etməyə hazır olduğunu bir daha bəyan edib. Bu cür görüş isə sülh atmosferini bərpa etməyə davam etməyə hesablanıb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Putin   Ərdoğan  







Xəbər lenti