"İkinci Qarabağ müharibəsində 300 erməni itkin düşüb" - BQXK

   "İkinci Qarabağ müharibəsində 300 erməni itkin düşüb" -    BQXK
  27 Yanvar 2022    Oxunub:1316
2020-ci ildə Azərbaycanın qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsi zamanı 300-ə yaxın erməni itkin düşüb. AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) saytında məlumat verilib.
- 2020-ci ilin noyabrında məlum bəyannamə imzalanandan indiyədək 1700-dən çox meyit tapılıb və onların şəxsiyyətinin müəyyən edilərək ailələrinə qaytarılması prosesi aparılıb, - saytda yazılıb.
Qeyd olunur ki, BQXK Rusiya sülhməramlıları ilə birlikdə xilasetmə qruplarına hərbçilərin qalıqlarının axtarışı üçün aparılan 360-a yaxın əməliyyata dəstək verib.

Cəbrayılda daha bir erməni hərbçisinin cəsədi tapılıb
BQXK-nın minalar, partlayıcı qalıqları və atıcı silahlar üzrə regional mütəxəssislərinin rəhbəri Kristofer Poul qeyd edib ki, xilasetmə qruplarının iş şəraiti son dərəcə təhlükəlidir, çünki ərazi minalar və partlamamış hərbi sursatlarla doludur. Qışda isə görmə məsafəsi demək olar ki, sıfıra enir. O qeyd edib ki, BQXK-nın komandası axtarışlar zamanı yerli mütəxəssislərə dəstək olur.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi də itkin düşən və ölən hərbçilərlə bağlı məlumatları dərc edib. Belə ki, rəsmi məlumatlara görə, 2020-ci ilin payızında Dağlıq Qarabağda baş vermiş müharibə nəticəsində 199 hərbi qulluqçu və 21 mülki şəxs itkin düşmüş hesab olunur. Həlak olanların sayı 3809 nəfər göstərilir. Yerli media və hərbi ekspertlər əslində rəqəmlərin açıqlanandan iki dəfə çox olduğunu iddia edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İtkin   Ermənistan   BQXK  





Xəbər lenti