Lavrov Çinə səfər edəcək

Lavrov Çinə səfər edəcək
  27 Yanvar 2022    Oxunub:696
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin informasiya və mətbuat idarəsinin direktorunun müavini Aleksey Zaytsev deyib.

Onun sözlərinə görə, Lavrov çinli həmkarı Van Yi ilə iki ölkə liderinin sammitinə hazırlığını müzakirə edəcək. Pekində baş tutacaq danışıqlar zamanı nazirlər, həmçinin ikitərəfli gündəliyin aktual məsələləri, əsas regional və qlobal problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Bundan əvvəl Lavrov Rusiya prezidenti Vladimir Putinin fevralın 4-də Pekində keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirak edəcəyini və Çin lideri Si Cinpinlə danışıqlar aparacağını bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Çin  





Xəbər lenti