KTMT vaş katibi Tacikistan və Qırğızıstanı atəşi dayandırmağa çağırıb

   KTMT vaş katibi Tacikistan və Qırğızıstanı atəşi dayandırmağa çağırıb
  27 Yanvar 2022    Oxunub:381
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstan sərhədindəki atəşi dərhal dayandırmağa çağırıb.
AzVision.az Tass Agentliyinə istinadən xəbər verir ki, Baş katib KTMT-nin münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazır olduğunu deyib.

Stanislav Zas Tacikistanın və Qırğızıstan Təhlükəsizlik Şuralarının katibləri Nasrullo Mahmudzoda və Marat İmankulov ilə telefon danışışıb:

"Sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir”, - Zas vurğulayıb.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb.

AzVision.az

Teqlər: Tacikistan   Qırğızıstan  







Xəbər lenti