Qırğızıstanla sərhəd münaqişəsində iki Tacikistan vətəndaşı ölüb
Qeyd olunub ki, Tacikistanın iki vətəndaşı silahlı insident zamanı həlak olub. Xəsarət alan 10 nəfərin 6-sı hərbçi, 4-ü mülki şəxsdir.
Tacikistan və Qırğızıstanın səlahiyyətli orqanlarının nümayəndələri Soqd vilayətinin İsfara şəhəri ərazisində görüş keçirib, tərəflər sərhəddə baş vermiş münaqişənin səbəblərini öyrənirlər.
"Hazırda Tacikistan-Qırğızıstanın dövlət sərhədində vəziyyət sabitdir, hər iki tərəfin müvafiq strukturlarının birgə komissiyası sərhəd münaqişəsinin səbəblərini və 'sas faktorlarını öyrənir", - məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər silahlı sərhəd münaqişəsi ilə bağlı müzakirələr apardıqdan sonra bütün əlavə qüvvə və texnikanın daimi dislokasiya yerinə çıxarılması üçün atəşkəs elan ediblər.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qırğızıstan Tacikistan