Pakistan ordusunun 10 əsgəri terrorçularla döyüşdə həlak olub

Pakistan ordusunun 10 əsgəri terrorçularla döyüşdə həlak olub
  28 Yanvar 2022    Oxunub:758
Pakistan ordusunun 10 hərbi qulluqçusu ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Pakistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ekstremistlər Keç ərazisində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Terrorçularla gərgin atışma zamanı 10 əsgər həlak olub, bir yaraqlı öldürülüb, bir neçə nəfər yaralanıb, üç ekstremist isə əsir götürülüb.

2021-ci ilin sonundan etibarən Bəlucistanda vəziyyət gərgin olaraq qalır, hökumətin ölkənin mərkəzləşdirilməsini gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə qarşı çıxan millətçi və separatçı qruplar fəallaşıb.

Ekstremistlərin hücumları Çinin “Bir kəmər, bir yol” qlobal layihəsinin əsas obyektlərindən biri hesab edilən Bəlucistanda yerləşən Qvadar dəniz limanı, eləcə də Çinin köməyi ilə tikilən digər iqtisadi obyektlərin təhlükəsizliyinə təhdid yaradır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti