Bağdad hava limanı raket atəşinə məruz qalıb

Bağdad hava limanı raket atəşinə məruz qalıb
  28 Yanvar 2022    Oxunub:1366
Bağdad Beynəlxalq Hava Limanı raket atəşinə tutulub. AzVision.az xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə bildirib.
“Hava limanına ən azı altı raket atılıb, onlar uçuş-enmə zolağına yaxın yerə düşüb”, - məlumatda deyilir.

Qeyd edilib ki, raketlər hava hücumundan müdafiə sistemi sayəsində vurulub.

Yerli vaxtla 4.30-da həyata keçirilən hücum nəticəsində hava limanında park edilmiş təyyarə zədələnib. Mənbənin təqdim etdiyi fotoşəkillərdə təyyarənin gövdəsində raketdən çıxan dəlik əks olunub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İraq   Hücum  



Xəbər lenti