"Müasir silahlara malik ordu qurmalıyıq"- Köçəryan

"Müasir silahlara malik ordu qurmalıyıq"-    Köçəryan
  28 Yanvar 2022    Oxunub:1190
"Ermənistan müasir silahlara malik ordu yaratmalı və bu məqsədə doğru irəliləyəcək". AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan deyib.
Yerablur hərbi panteonuna gələn Köçəryan ölkəsinin müasir silahlarla silahlanacağını gizlətməyib.

"Əsas prioritetimiz ordunun döyüş qabiliyyətini artırmaqdır"- Paşinyan
O deyib ki, gücləri birləşdirmək lazımdır ki, hazırki böhran vəziyyətindən çıxsınlar. Hazırkı durum isə məğlubiyyətin nəticəsidir. Bu problemləri həll etmək üçün hər kəs özündən asılı olan hər şeyi etməlidir

- Bunun üçün hökumət proqramında nəzərdə tutulduğu kimi, müasir silahlara və intellektual potensiala malik ordu qurmaq lazımdır, - Köçəryan bildirib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan da bu gün Ordu günü ilə bağlı yaydığı bəyanatda ordularının döyüş qabiliyyətini artıracaqlarını deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Ordu  



Xəbər lenti