"Bu gün ordumuzun özünün müdafiəyə ehtiyacı var" - Köçəryan

   "Bu gün ordumuzun özünün müdafiəyə ehtiyacı var" -    Köçəryan
  28 Yanvar 2022    Oxunub:769
"Ermənistan ordusu sonda öz qamətini düzəldəcək və erməni xalqının təhlükəsizliyinin tam hüquqlu qarantı olacaq".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan ordunun yaranmasının 30 illiyi münasibətilə yaydığı müraciətdə deyib.

"Əsas prioritetimiz ordunun döyüş qabiliyyətini artırmaqdır"- Paşinyan
- Biz bu günü ordu üçün ən ağır şəraitdə qeyd edirik. Birinci Qarabağ müharibəsi zamanı yaradılan və mərhələ-mərhələ qurulan ordumuzun taleyinə töhfə vermiş insanların hisslərini anlamaq çətin deyil. Bir vaxtlar regionun, Qarabağın "təhlükəsizliyini təminatçısı" olan ordunun özünün bu gün müdafiəyə ehtiyacı var,- Köçəryan yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ordu   Ermənistan   Köçəryan  





Xəbər lenti