"NATO-nun təhlükəsizlik təkliflərinə cavabından utandım" - Lavrov
Lavrovun sözlərinə görə, ABŞ-ın təhlükəsizlik təminatı ilə bağlı Rusiyaya cavabı NATO-nun oxşar sənədi ilə müqayisədə “diplomatik ədəb nümunəsi” kimi görünür.
"Hazırda ABŞ və NATO-dan alınan cavabların qurumlararası tədqiqi davam edir. Demək olar ki, hər kəs onların məzmununu bilir. NATO-dan bizə göndərilən kağız fonunda Amerikanın cavabı az qala bir diplomatik ədəb nümunəsidir", - XİN rəhbəri deyib.
Lavrov NATO-nun cavabının çox ideoloji olduğunu və mətni yazanların yerinə utandığını söyləyib.
Xatırladaq ki, NATO və ABŞ yanvarın 26-da Rusiyanın təkliflərinə yazılı cavab verib. Məlum olub ki, tərəflər Moskvanın əsas tələblərini yerinə yetirmək fikrində deyillər.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


