4 polis ölüb, 11-i yaralanıb - Terror

4 polis ölüb, 11-i yaralanıb - Terror
  07 Aprel 2014    Oxunub:983
İraqın Səlahəddin bölgəsində həyata keçirilən terror aktında 4 polis həlak olub, 11 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, yaralananlardan cəmi üçü mülki şəxsdir. Partlayış zamanı ətrafdakı evlər və dövlət obyektləri böyük zərər görüb.
Bundan əlavə məşhur din adamı Muhamməd Cuma da sui-qəsd nəticəsində öldürülüb.

İraqda 30 apreldə parlament seçkiləri keçiriləcək. Buna görə də terror aktlarının davamlı olacağı gözlənilir. Bütün təhlükəsizlik xidmətlərinə və nəzarətin gücləndirilməsinə baxmayaraq belə hadisələrin qarşısını almaqda dövlət qurumları çətinlik çəkir.

Emin Piri


Teqlər:  





Xəbər lenti