Tokayev hakim partiyanın sədri seçilib

 Tokayev hakim partiyanın sədri seçilib
  28 Yanvar 2022    Oxunub:1328
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hakim "Nur Otan" Partiyasının sədri seçilib.
AzVision.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

"Hakim partiyanın növbədənkənar XXI qurultayının qərarı ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib", - açıqlamada vurğulanıb.

Tokayevin bu posta namizədliyini Qazaxıstanın ilk prezidenti, indiyədək hakim partiyanın sədri vəzifəsində çalışan Nursultan Nazarbayev təklif edib.

Bildirilib ki, qurultayda videobağlantı vasitəsilə ölkə rəhbərliyi, siyasi şura üzvləri, rayon təşkilatlarının nümayəndələri, deputatlar və hökumət üzvləri iştirak edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Tokayev   Qazaxıstan  





Xəbər lenti