Türkiyədə təkrar seçkilər keçiriləcək

Türkiyədə təkrar seçkilər keçiriləcək
  07 Aprel 2014    Oxunub:1005
Türkiyənin bir rayonu, 4 qəsəbəsi və bir bölgəsində təkrar bələdiyyə seçkiləri keçiriləcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 martda baş tutan seçkilərin nəticələrinə etirazlar olduğundan iyunun 1-də həmin məntəqələrdə yenidən səsvermə olacaq.

Ağrı rayon mərkəzində, bundan başqa Tokatın Yaşılyurd, Sivasın Ula, Çankırının Şabangözü və Bitlisin Güroymak qəsəbəsində, Muşun isə Serinova bölgəsində sçekilər yenidən keçiriləcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti