Latviya Ukraynaya qoşun bölmələri göndərir

Latviya Ukraynaya qoşun bölmələri göndərir
  28 Yanvar 2022    Oxunub:737
Latviyanın Müdafiə Nazirliyi Milli Silahlı Qüvvələrdən qoşun bölmələrinin Ukraynaya təlim əməliyyatında iştirak etmək üçün göndrəməyə hazırlaşır. Nazirlik bununla bağlı razılığın alınması üçün Seymə sorğu hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "LETA" xəbər agentliyi məlumat yayıb.

"Rusiyaya hücum olsa, müharibəyə qatılacağıq" - Lukaşenko
Agentliyin məlumatına görə, Latviya Müdafiə Nazirliyi layihəni təsdiq olunmaq üçün Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə də göndərib. Layihə Latviya hərbçilərinin Ukrayna ərazisində Kanadanın təşkil etdiyi "UNIFIER" əməliyyatında iştirakını nəzərdə tutur. Müdafiə Nazirliyinin Seymə müraciətlə bağlı layihəsi hələ də hökumət tərəfindən nəzərdən keçirilməyib. Agentlik qeyd edir ki, nazirlik hələlik Ukraynaya nə qədər hərbçi göndərməyi planlaşdırdığını, onların bazasının hansı regionda yerləşəcəyini və bunun dövlət büdcəsinə nə qədər başa gələcəyini açıqlamayıb.

Xatırladaq ki, 2019-cu ilin mart ayında Kanada hökuməti "UNIFIER" hərbi təlim missiyasının Ukraynadakı fəaliyyətini üç il müddətinə uzadıb. "UNIFIER" layihəsi Ukrayna hökumətinin müraciətinə cavab olaraq Kanada hökuməti və silahlı qüvvələr tərəfindən başladılıb. Bu, Ukrayna, ABŞ, Kanada və Böyük Britaniyanın daxil olduğu çoxmillətli birgə komitə çərçivəsində baş tutan təlim missiyasıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Təlim   Latviya  





Xəbər lenti