Rus ordusu Ukraynaya girdi
AzVision.az xəbər verir ki, Donetskdə yerli idraəetmə binasını ələ keçirən etirazçılar daha sonra Luqans şəhərindəki dövlət təhlükəsizlik binasını tutublar. İçəridəki silahlar da onların əlinə keçib. Toqquşmalar zamanı 9 nəfər yaralanıb.
Xarkov şəhərində də yerli idarəetmə binası ələ keçirilsə də Daxili İşlər Nazirliyi binanı onlardan azad etməyə nail olub.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk rus ordusunun Ukraynanın 30 km-ə kimi ərazisinə girdiyini bildirib. O, bildirib ki, Rusiya Ukraynanı işğal etməkçün daxildə toqquşma yaradır və bunu işğal üçün bəhanə edir.
Bu arada Krımda rus əsgəri ukraynalı bir zabiti güllələyib.
Emin Piri