"NATO döyüş qüvvələrini Ukraynada yerləşdirməyəcək"

"NATO döyüş qüvvələrini Ukraynada yerləşdirməyəcək"
  28 Yanvar 2022    Oxunub:1348
"NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir".
AzVision.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransında deyib.

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək. 5-ci maddə partnyor ölkəyə münasibətdə tətbiq edilə bilməz. Alyansın öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır", - Baş katib əlavə edib.

O deyib ki, Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir. Halbuki, Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək.

NATO rəhbəri bildirib ki, Alyans Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarıdır.

AzVision.az



Teqlər: NATO  





Xəbər lenti